İsmayıllıda “BMW” aşıb: 2 ölü, 1 yaralı var

Baxış sayı:
1705

İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı minik avtomobili yol kənarına aşıb.

Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.