İslam Alimləri Birliyindən xəbərdarlıq: “ƏRƏB BAHARI” ÖLMƏYİB

Baxış sayı:
27625

Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Qaradaği bəzi Ərəb liderlərin Fələstin və Qüds kimi böyük mübarizəyə qarşı gəldiyini bildirərək “Ərəb liderlərin bir hissəsi hazırda elə bir duruma düşüblər ki, İsrailə dəstək verəcək vəziyyətdədirlər” deyib.
 
Qaradaği Orta Şərq və İslam dünyasında baş verən son proseslərə dair Anadolu Agentliyinə açıqlama verib.
İslam dünyasının siyasi baxımdan çox qaranlıq və pis bir proses içində olduğunu qeyd edən Qaradaği, "İslam dini prinsiplərinə sadiq qalmaqda uğurlu olmadığı kimi, Ərəb adət və ənənələrinin yaşadılmasında da problemlər yaşanır. Əlbəttə, bu vəziyyət bütün İslam dünyası üçün keçərli deyil, ancaq daha çox Ərəb ölkələrini əhatə edən bir problemdir" deyib.
Ərəb ölkələrinin problemlərlə əlləşdiyinə baxmayaraq xalqın inkişaf prosesində olduğunu deyən Qaradaği, "Müsəlmanlar arasında diqqətli bir şəkildə hərəkət edib, ayağa qalxan bir çox insan var. Bu insanlar artıq siyasi islahatların aparılmasını tələb edir. Suriya və Misirdə iğtişaşlara böyük zərbələrin vurulmasına və bir çox problem olmasına baxmayaraq Müsəlmanlar boyun əymədi və ümidsiz də deyil" deyə söyləyib.
 
“Ərəb Baharı” ölmədi
 
 Dünya Müsəlman Alimlər Birliyinin baş katibi belə davam edib: "Ərəb Baharı ölmədi və hələ də diri şəkildə ayaqdadır. Əlcəzair və Sudanda baş verən son hadisələr xalqın yaxşılığa doğru dəyişikliklərin baş verməsi üçün tələbdə olduğunu və ayaqda dayana biləcək qüvvəsinin olduğunu ən yaxşı şəkildə sübut edir".
Qaradaği Əlcəzair və Sudandakı xalq hərəkatlarına dair, "Dünya Müsəlman Alimlər Birliyinin bu məsələdəki mövqeyi çox aydın və birmənalıdır. Hər hansı bir kimsənin qorxusu altında qalmadan həqiqətləri bu dünyaya çatdırmaqdır. Bu üzdən xalq hərəkatları və inqilablarının yanındayıq. Müsəlmanlar diktator siyasi sistemindən demokratik sistemə keçmək istəyir və biz də xalqın tələblərinin arxasındayıq" deyə bildirib.
Bu məsələdə ümidli olduğunu qeyd edən Qaradaği, "Allahın yardımı ilə çox keçmədən İslam dünyası xalq inqilabı, mitinqlər, seçki və ya siyasi yollara əl ataraq struktur islahatları həyata keçirəcək. Misir daxil olmaqla, İslam dünyasındakı digər bölgələrdə xalq yenidən küçəyə töküləcəkdir" deyib.
 
Bu sui-qəsd planları çox böyükdür
 
 İslam və Ərəb dünyasındakı problemlərin böyük qisiminin sionistlər və xaçlıların qurduğu hiylələrdən qaynaqlandığını vurğulayan Qaradaği, deyib: "Bu sui-qəsd planları çox böyükdür. Bölgədəki hadisələrin böyük nisbəti İsrail və sionistlərlə əlaqəlidir. Əgər İsrail regionda iki cəbhə yaradıb və təxribat çıxarmasa, bu qədər İslam və Ərəb ölkəsi içində kiçik bir ölkə olaraq necə yaşayacaq? Suriya tamamilə dağılıb. Misirdə elə bir şərait yaradıldı ki, hazırda İsrail ilə birgədirlər və sionistlərin layihələri həyata keçirilir. Yəməndə də ölkənin bütün infrastrukturu dağıdılıb. Bu üsulla Ərəb dünyası çox problemli və mürəkkəb bir dünya halına gətirildi. Vəziyyətdən yalnız İsrail və İsrailin layihələrinin tamamlayıcısı olan regiondakı bir neçə ölkə yararlanır".
Müxalifət.az