​İraqda zəvvarları daşıyan avtobus aşdı – ÇOXLU YARALI VAR

İraqın Bədra şəhəri yaxınlığında iranlı zəvvarları daşıyan avtobus aşıb.
Muxalifət.az xəbər verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağırdır.
Qəza zamanı avtobusda 47 nəfər olub.
Avtobus iranlı zəvvarları Tehrandan İraqın Nəcəf şəhərinə aparırmış./trend/