İraqda baş nazirin istefa açıqlamasına baxmayaraq etirazlar davam edir

Baxış sayı:
9742

İraqın baş nazirinin vəzifədən istefa edəcəyini elan etməsinə baxmayaraq, etirazçılar şənbə günü cənubda yerləşən Nəsiriyə şəhərində üç körpü üzərində təkərlər yandırıb. Adil Əbdül Mehdi həftərlərlə davam edən etirazlardan sonra cümə günü bildirib ki, o, ölkə parlamentinə istefasını təqdim edəcək. İraqın yarı-rəsmi İnsan Haqları Komissiyası şənbə günü yaydığı bəyanatda bildirib ki, etirazçıların öldürülməsinə görə cavabdeh olanlar məsuliyyətə cəlb olunmalıdırlar. “Odlu silahlar və canlı güllələrdən son çarə kimi istifadə olunmalıdır” – deyə, Beynəlxalq Qırmızı Xaç Komitəsi bəyanatında bildirib. Əbdül Mehdi istefa verəcəyini ölkənin ali şiə ruhanisi ölkə rəhbərliyində dəyişikliyə çağırandan sonra açıqlayıb. Hökümət əleyhinə etirazlar oktyabrın 1-də başlayandan bəri azı 400 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Bu addım Bağdadın Təhrir Meydanında şənliklərlə qeyd olunsa da, etirazçılar meydanda etirazlarını davam etdirəcklərini bildirdi. İraq parlamenti böhranı müzakirə etmək üçün bazar günü fövqəladə iclas keçirəcək. Ali ruhani Əli əl-Sistani cümə günü zorakılıqların artdığı bir vaxr parlamenti Əbdül Mehdi hökümətinə dəstəyini geri çəkməyi nəzərdən keçirməyə çağırıb. Zorakılıqlar cümə günü davam edib və səhiyyə təsmiləri Nəsiriyə şəhərində azı üç etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib. İraq təhlükəsizlik qüvvələri cümə axşamı Nəsiriyədə silahsız nümayişçilərə qarşı canlı güllədən istifadə edərək azı 40 nəfəri ölüdürüb. Təhükəsizlik qüvvələrinin şəhərdə əsas yolları bə körpüləri bağlayan etirazçılara atəş açması nəticəsinə azı 35 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Rəsmi Bağdad etirazların getdikcə zorakı hal alan İraqın cənubunda asayişi bərpa etmək üçün ordu qoşunlarını göndərdiyini bildirib. Nümayişçilər binalar və körpüləri zəbt edib və təhlükəsizlik qüvvələri ilə toqquşub. Təhlükəsizlik qüvvələri isə etirazlar başlayandan bəri demək olar ki, hər gün gözyaşardıcı qaz və canlı güllələrdən istifadə edib. Muxalifet.az