İranın Azərbaycandakı casus şəbəkəsi - ÖLKƏMİZƏ QARŞI İNFORMASİYA SAVAŞININ DETALLARI

Baxış sayı:
22962

İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də informasiya cəbhəsidir: “Facebook”, Telegram, İnstagram, Youtube sosial şəbəkələri bu siyasətin əsas platforması olaraq istifadə edilir.

Bu siyasət əsasən iki istiqamətdə aparılır:

Birincisi, din, şiə məzhəbi və Əhli-Beyt sevgisini manipulyasiya etməklə Azərbaycanın inanclı kəsimi üzərində təsirə nail olmaq;

İkincisi, Azərbaycan dövləti və hakimiyyətinin anti-İslam imicini formalaşdırmaq, Türkiyə və İsrailin Azərbaycanı “işğal edən”, “ələ keçirən” güclər kimi göstərmək və İranı “xilaskar” kimi təqdim etmək;

İran Azərbaycan ictimai rəyində daha təsirli olmaq üçün bu işi “azərbaycanlılar” vasitəsilə həyata keçirir: “Huseyniyyun” qruplaşmasının üzvləri - Tohid İbrahimbəyli, Orxan Məmmədov, Musa Əsədzadə, Rövşən Əsədov, Əkrəm Hacızadə və digərləri;

Şəbəkənin Azərbaycan auditoriyasına hesablanan informasiya resurslarının sayı onlarladır, xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyətini geniş şəkildə qurublar:

Youtube platformasında kanalları:

1. “Müsəlman xalq” – “Azərbaycan araşdırma mərkəzi”;

2. “Az-Rad Tv”;

3. “Kərimə dövləti”;

4. “Həqiqətləri bil”;

5. “Əmmar Media”;

6. “Əli Aşiqləri_313”;

7. “Virtual müqavimət”;

8. “HuseyniyyunTv”;

9. “HİCAB.AZ313”;

10. “Yağlı Xəbər Plus”;

“Facebook” platforması:

1. “Huseyniyyun” qruplaşması üzvlərinin şəxsi hesabları;

2. “İslam-Eşq Dini” səhifəsi

3. “Həqiqətləri bil” səhifəsi;

4. “Azeri İslam Group”;

5. “Kərimə dövləti” səhifəsi;

Və müxtəlif dini adlar altında yaradılan onlarla səhifələr, qruplar, minlərlə feyk profillər üzərindən təbliğat aparırlar. Şəbəkə İnstagram və Telegramdan da aktiv iştirak edir. Youtube və “Facebook”da yaradılan səhifələrin, kanalların instagram və telegram kanalları da mövcuddur.

Asif NƏRİMANLI