İrandan Səudiyyəyə sülh təklifi gəldi

Baxış sayı:
2677

İran regional təhlükəsizlik sahəsində əməkdaşlığa həsr olunmuş “Hörmüz sülh təşəbbüsü”nün detallarını Bəhreyn və Səudiyyə Ərəbistanına göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi danışıb.
"Daha əvvəl İran Prezidenti Həsən Ruhani tərəfindən BMT-yə təqdim olunan “Hörmüz sülh təşəbbüsü” planı detallarla birlikdə əlaqədar dövlətlərə, o cümlədən Bəhreyn və Səudiyyə Ərəbistanına göndərilib”, - Musəvi bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran cavab olaraq müsbət reaksiya alıb.
Muxalifet.az