İrandan İsrailə “SİZİ DƏNİZƏ TÖKƏRİK” MESAJI

Baxış sayı:
4324

İran İnqilab Mühafizəçilərinin 2-ci komandiri Hüseyn Selami, İsrailin baş naziri Netanyahuya “Aralıq dənizində üzmə məşqləri keçirməsini təklif edirəm, çünki dənizdən qaça bilməyəcək” sözləri ilə cavab verib.
 
“Fars” Xəbər Agentliyinin bildirdiyinə görə, Selami, ordudakı könüllülərə müraciət edərkən İsrail üçün “Onlar bizim üçün təhdid deyil. Hizbullah, onları yox etmək üçün yetərli gücə sahibdir” deyərək, Təl-Əviv rəhbərliyini İran haqqında dünyanı aldatmaqda günahlandırıb.
Siyasi manikenlik-lə günahlandırdığı ABŞ-ın Yaxın Şərqdəki müharibəyə 7 trilyon dollar ayırdığını, ancaq bölgədə mənimsənildiyini söyləyən Selami, regionda heç bir yerdə bazası olmayan İranın təsirinin artmasına toxunub.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu, BMT Baş Assambleyasındakı çıxışında İrana qarşı “Suriya, İraq, hər harada lazımdırsa, hərəkətə keçəcəyik” demiş və yenə də əlində fotoşəkillərlə Tehranda gizli nüvə obyekt nin varlığını iddia etmişdi.
Müxalifət.az