İrandan ABŞ-ın SERAH addımına qarşı həmlə

Baxış sayı:
8761

 ABŞ-ın İran İnqilab Mühafizəçiləri Ordusunu "xarici terror təşkilatları" siyahısına salınacağı xəbərlərinə dair bəyanat verən İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmetullah Felahetpişe, belə bir hadisə yaşandığı təqdirdə ABŞ ordusunu terror təşkilatları siyahısına salacaqları ilə təhdid edib.
 
Felahetpişe İnqilab Mühafizəçiləri Ordusunun Vaşinqton rəhbərliyi tərəfindən" xarici terror təşkilatları" siyahısına salınacağı xəbərlərinə dair sosial media hesabından verdiyi açıqlamada, "ABŞ-ın İnqilab Mühafizəçiləri Ordusunu terror təşkilatları siyahısına daxil etdiyi təqdirdə bu ölkənin hərbi qüvvələrini terror təşkilatı İŞİD-ın yanında qara siyahıya alacağıq" deyə bildirib.
Qeyd edək ki, “Wall Street Journal”-ın adını açıqlamayan Amerikalı nümayəndələrə əsaslandırdığı xəbərində, Vaşinqton rəhbərliyinin İran Silahlı Qüvvələrinə bağlı İnqilab Mühafizəçiləri Ordusunu gələn həftə "xarici terror təşkilatları" siyahısına daxil edəcəyi irəli sürülmüşdü.
 
Pentaqon qərara isti baxmır
 
 İnqilab Mühafizəçiləri tərəfindən Avropa və digər regionlarda aparılan ticarət fəaliyyətlərini əngəlləmək məqsədi daşıyan qərarın, Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton və xarici işlər naziri Mayk Pompeo tərəfindən dəstəkləndiyini bildirən şəxslər, Pentaqon və baş qərargah rəisi ordu generalı Cozef Dunfordun isə regiondakı ABŞ qüvvələrinə qarşı təhdidlərə yol aça biləcəyi səbəbilə isti baxmadığını ifadə etmişdi.
Müxalifət.az