​İranda növbəti zəlzələ baş verdi

Baxış sayı:
4063

Bu gün İranın İraqla sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.
Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.