İranda daha 74 nəfər koronavirusdan öldü - SUTKA ƏRZİNDƏ

Baxış sayı:
3413

İranda ötən 24 saat ərzində 74 nəfər koronavirusdan (COVID19) ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, indiyədək İranda bu virusdan ölənlərin sayı 6 277 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, ötən sutka ərzində daha 1 223 nəfərin koronavirusa yoluxması ilə İranda infeksiyaya yoluxanların sayı 98 647 nəfərə çatıb. Virus daşıyıcılarından 2 676 nəfərin vəziyyəti ağırdır.

Cahanpur deyib ki, indiyədək İranda 79 397 nəfər koronavirusdan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 508 mindən çox test həyata keçirilib.