“İran xalqı ABŞ-ın hədə-qorxusu qarşısında boyun əyməyəcək” – Cavad Zərif

Baxış sayı:
8596

ABŞ İranda yaşayan bütün kişilərə, qadınlara və uşaqlara da sanksiya tətbiq etsə, heç nəyə nail ola bilməyəcək.

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərkən deyib.

Yeni sanksiyaları iqtisadi terrorçuluq adlandıran M.C.Zərif bəyan edib ki, İran xalqı zorun və hədə-qorxunun qarşısında heç vaxt boyun əyməyəcək.

AzərTAc xatırladır ki, ABŞ-ın Maliyyə Nazirliyi İranın tikinti sahəsinə də sanksiyalar tətbiq edib.