İran Əsəd rejimi ilə Türkiyə arasında vasitəçilik edir? – Prezident sözçüsü açıqladı

Baxış sayı:
10531

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın İranın Əsəd rejimi ilə Türkiyə arasında vasitəçilik missiyasına münasibət bidirib. Kalın bununla bağlı “İranın xarici işlər naziri Zərifin səfəri vasitəçilik səfəri deyil, belə bir şey yoxdur. Suriya rejimilə bağlı hər hansı bir təmasımız söz mövzusu deyil” deyib.
 Əsəd rəhbərliyi ilə vasitəçilik axtarışının söz mövzusu olmadığını deyən Kalın, “Əsəd rejimi ilə bir təmasımız, dialoqumuz söz mövzusu deyil. Onlara bir mesaj çatdırmaq istəyəndə bunu onsuz da İran və Rusiya vasitəsi ilə edirik. Bunu da ilk növbədə sərhəd təhlükəsizliyimizin təmin olunması çərçivəsində edirik".
Kalın bu məsələdə əsas məqsədi açıqlayıb: “ABŞ səfərimizdə bu məsələləri ətraflı şəkildə müzakirə etdik. Gözləntimiz Münbiç yol xəritəsinin bir an əvvəl həyata keçirilməsidir. Fəratın şərqində heç bir terror ünsürünə yer verilməməlidir. Burada təhlükəsiz bölgə məsələsi prioritet daşıyır. Cənab Trampın ictimaiyyətə açıq bir şəkildə elan etdiyi 20 mil təhlükəsizlik bölgə məsələsi gündəmimizdə olmağa davam edir. Bizim istəyimiz, tələbimiz və prioritetimiz təhlükəsiz bölgənin Türkiyənin nəzarətində olmasıdır”.
Müxalifət.az