İran ərazisindən Ermənistana "Kamaz"ların hərəkətini təsdiqləyib

Baxış sayı:
5074

İranın Şərqi Azərbaycan əyalətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu bu ölkənin ərazisindən Ermənistana Rusiya silahlarının daşınmasına münasibət bildirib. 

O, bütün foto və videolarda olan sübutlara baxmayaraq, həmin "Kamaz" markalı yük maşınlarının silah-sursat və hərbi texnika daşımadığını iddia etməyə çalışıb.

Əli Rastqunun iddiasına görə, guya bu "Kamaz"ları Ermənistan Rusiyadan alıb və onlar İran ərazisində tranzit kimi istifadə edilməklə, bu ölkəyə çatdırılır.

Lakin rəsmi fotolar və videolarda müşahidə edilən həmin "Kamaz"ların yük hissəsindəki üstü çadırla örtülmüş yüklərin nə olduğuna aydınlıq gətirə bilməyib. 

Valinin nümayəndəsi, həmçinin bu "Kamaz"ların nəyə görə başqa vaxt deyil, məhz Azərbaycanla işğalçı Ermənistan arasında şiddətli döyüşlər gedən vaxt İran ərazisindən keçməsi məsələsinə də toxunmayıb.