İran bu dəfə S-300 raketlərini səfərbər edir… – SİRLİ PARTLAYIŞLARIN ARDINCA / VİDEO

Baxış sayı:
11214

İran ordusunun Natanz nüvə zavodunda və Parçin hərbi bazasında son günlər bir-birinin ardınca baş vermiş sirli partlayışların ardınca Rusiyadan aldığı S-300 zenit-raket komplekslərini səfərbər etdiyinə dair görüntülər yayılıb.

İnternet mənbələrində yer alan görüntülərə əsasən S-300 kompleksinin raketlərini daşıyan qoşqu mövqe rayonlarına doğru hərəkət edir.

Bəzi Rusiya mənbələri bu raketlərin yeni alındığını, Rusiyanın onları Xəzər dənizi üzərindən təcili qaydada İrana çatdırdığını iddia edir. Hərçənd İran Rusiyadan S-300 PMU “Favorit” zenit-raket komplekslərini çoxdan alıb və ehtimal ki, söhbət həmin komplekslərdən gedir. Bundan əvvəl İran ordusunun sovet istehsalı olan, ancaq yeni radarla təchiz edilmiş S-75 zenit-raket komplekslərini ölkənin şimal sərhədləri istiqamətində səfərbər etdiyinə dair görüntülər yayılmışdı.

İyulun 2-də İranın İsfahan əyalətindəki Natanz nüvə mərkəzində müəmmalı partlayış və yanğın baş verib. Nətticədə uranın zənginləşdirilməsində istifadə edilən qazın saxlanıldığı bina darmadağın olub. Bundan əvvəl isə İranın yeni silahların və raketlərin işlənib hazırlandığı Parçin hərbi bazasında partlayış baş verib.

“The New York Times” kəşfiyyat mənbələrinə istinadən Natanzda baş vermiş partlayışın İsrailin diversiyası olduğunu yazıb. Küveyt mənbələri isə idddia edib ki, İsrail Parçin hərbi bazasına F-35 qırıcısı ilə raket zərbəsi endirib./virtualaz.org