İran Bəsrə konsulluğuna hücumda ABŞ-ı məsul tutdu

Baxış sayı:
5980

İran XİN-in sözçüsü Kasımi, Ağ Evin mətbuat sözçüsü Sarah Sandersin İraqdakı ABŞ missiyalarına hücum olması vəziyyətində Tehran rejimini məsul tutacaqları istiqamətindəki açıqlamasına təpki göstərib.
 
İranın Xarici İşlər Nazirliyinin saytında dərc olunan açıqlamasında Kasımi, "İranın Bəsrə Konsulluğuna hücum edən qruplar, Vaşinqton rəhbərliyi tərəfindən açıq şəkildə dəstəklənir" deyə, bildirib.
Vaşinqton rəhbərliyinin bu cür bəyanatlarla məsuliyyətdən qaçmaq istədiyini dilə gətirən Kasımi, bölgədəki qeyri-sabitlikdən ABŞ-ı məsul tutub.
Müxalifət.az