İngilislərin ƏRDOĞAN DƏRDİ: TƏZYİQİ ARTIRIN

Baxış sayı:
6226

24 iyunda keçiriləcək seçkilərdə Ərdoğanın qələbəsini əngəlləmək istəyən İngilislər, hərəkətə keçib.
 
Türkiyədə 24 iyunda keçiriləcək seçkilər, İngilis mediasında da geniş yer tapmağa başlayıb.
 
ƏRDOĞANA TƏZYİQ ARTMALIDIR
 
İngiltərədə nəşr edilən “Financial Times” qəzetində dərc olunan yazıda, prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə hədəf göstərilib: "Qərb ölkələri Ərdoğan üzərindəki təzyiqi xeyli əvvəldən artırmağa başlamalıydı”.
 
Qərbin xeyli əvvəl hərəkətə keçməsinin lazım olduğu bildiriləb baş məqalədə, prezident Ərdoğanın seçkilərdə qələbə çalmasının Türkiyə üçün vəziyyəti daha da pisləşdirəcəyini ifadə edilib.
 
RUSİYA-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
 
Amerika və Avropanın narahatlığına baxmayaraq, Ərdoğanla Putin arasında səmimiyyətin olduğuna diqqət çəkilən yazıda, "Hər nə qədər Türkiyə bir NATO müttəfiqi və kağız üzərində Aİ-yə namizəd bir ölkə olsa da, Ərdoğanın rəhbərliyində Türkiyə Qərblə olan bağlarını qoparıb, Rusiya prezidenti Vladimir Putinin orbitinə doğru yönəldib" deyə, qeyd olunub.
Müxalifət.az