​İlin ən yaxşı avtomobilinin adı bəlli oldu

Baxış sayı:
6865

ABŞ-ın Nyu York şəhərində "World Car of the Year 2019" müsabiqəsinin qalibləri elan edilib.
Muxalifet.az xəbər verir ki, "İlin avtomobili", "İlin dizaynı" və "Ekoloji avtomobil" mükafatlarına "Yaquar I-Peys" layiq görülüb.
Şəhər üçün ən yaxşı avtomobil "Suzukii Jimni" seçilib. İlin ən lüks avtomobili adına "Audi A7", ilin hiperkarı adına isə "MakLaren 72OS" seçiliblər.
Qeyd edək ki, "World Car Awards" — 20-dən çox ölkədən olan peşəkar beynəlxalq avtomobil jurnalistləri tərəfindən verilən avtomobilqayırma sahəsində beynəlxalq mükafatdır.