İcra başçısından sonra həyat yoldaşı və müavini də koronavirusa yoluxdu

Baxış sayı:
1858

Gornaboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ceyhun Həsənovda koronavirus aşkarlanıb.

Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, C.Həsənov koronavirus (COVİD-19) infeksiyasına yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

Qeyd edək ki,  Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər.