İcra başçısından seçkiqabağı təxribat... – XALƏDDİN İSGƏNDƏROV YENİDƏN MƏTBUATIN GÜNDƏMİNDƏ

Gəncənin icra başçısı Elmar Vəliyev isə öz söyüşləri ilə ikinci yerdədir

Baxış sayı:
12760

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə -  26 mart-01 aprel 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Xaləddin İsgəndərovdan seçkiqabağı təxribat – ŞİKAYƏT”, “Xaləddin İsgəndərova seçki cəzası verilməsinin sensasion təfərrüatı – ÖZƏL” və “Xaləddin İsgəndərov borclarını hələ də ödəməyib” başlıqlı 3 məqalənin 8 saytda yayılması ilə Bakı şəhəri Binəqədi  rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “Elmar Vəliyevin söyüşləri orduxanlardan nəylə fərqlənir?” adlı məqalənin 7 elektron KİV-də yayılması ilə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev  tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Sumqayıta ayrılan 14 milyonu kim ”yeyib”?”, ““Məgər “Sumqayıt Nəqliyyat” avtobuslardakı qanunsuz əlavə oturacaqları görmür ?!”- Sumqayıt Avtovağzalından şikayət”, “Başçının keçmiş müavini yenə meydan sulayır - Bu dəfə Hacı Zeynalabdin qəsəbəsində” və “Zakir Fərəcov dedi ki, prezident onu Bakı şəhərinə ”mer” təyin edəcək” adlı 4 məqalənin 6 elektron KİV-də yayılmasıyla Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tutur.

Muxalifet.az