​Hövsanda qardaşını öldürən şəxs saxlanılıb

Baxış sayı:
4807

Hövsanda qardaşını öldürən şəxs saxlanılıb.
DİN-dən verilən məlumata görə, oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.