Haftarın ordusu Tripoli aeroportunu ələ keçirdi
6-04-2019 20:32
Baxış sayı:
9166
Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoli beynəlxalq hava limanına nəzarəti tam ələ keçirib.
Bu barədə bəyanat Liviya Milli Ordusunun “Facebook” səhifəsində yer alıb.
Bildirilir ki, aeroport ərazisindən Tripolinin mühüm obyektlərinin ələ keçirilməsi üçün istifadə olunacaq. Aeroport 5 ildir fəaliyyət göstərmir.
Al Arabiya telekanalı isə Liviya Milli Ordusunun Tripolinin Halya-əl-Furcan rayonuna daxil olduğu barədə məlumat yayıb.