Gürcüstan prezidenti Salome Zurabişvilidən BƏYANAT: RUSİYANI İNANDIRMALIYIQ Kİ,...

Baxış sayı:
7681

“Bu işğal Rusiya ilə münasibətlərdə davamlı gərginlik, davamlı neqativ insidentlərə gətirib çıxarır və nəticədə vəziyyət daha təhlükəli mərhələyə keçə bilər. Gürcüstan daim bu kimi hallardan çəkinməyə çalışır, çünki birtərəfli şəkildə güc tətbiq etmək istəmir, lakin işğal xəttinin hər iki tərəfində yaşanan humanitar problemlər sülhü və dinc inkişafı istənilən vaxt təhdidə məruz qoya bilər",  deyə Gürcüstan Prezidenti Salome Zurabişvili 13-cü Müdafiə və Təhlükəsizlik Konfransındakı (GDSC) çıxışında bildirib.
Muxalifet.az bu barədə “saqinform.ge” saytına istinadla xəbər verir.

"Yeni və çeşidli təhdidlərdən başqa, işğal olunmuş ərazilər Gürcüstan üçün bir nömrəli problem olaraq qalır, dövlət ölkə ərazisinin 20 faizinə nəzarət etmir", - deyə Zurabişvili davam edib.
Onun sözlərinə görə, işğal faktı Rusiya ilə münasibətlərdə davamlı gərginlik və bitib-tükənməyən neqativ insidentlər yaradır.
O, həmçinin ötən həftə işğalçı rejimin sağlamlıq problemini həll etmək üçün iki vətəndaşın nəzarət-buraxılış məntəqəsindən keçməsinə imkan vermədiyi barədə faktı misal gətirdi. Nəticədə bir qadın öldü, digəri hələ də Tsxinvali xəstəxanasındadır.
Ümidsizlik və əhalinin ehtiyacları pis nəticələrə gətirə bilər, bizsə ortaq maraqlarımız naminə bunlardan qaçmalı və vəziyyətə nəzarət etməliyik. Rusiyanı 2008-ci il atəşkəs razılaşmasına əməl etdiyimizə inandırmalıyıq və beynəlxalq birlik ilə birlikdə Cenevrədə ikitərəfli və çoxtərəfli formatda münaqişənin sülh yolu ilə həll edilməsi üçün yollar tapmalıyıq. Bu, regionda uzunmüddətli sabitliyə nail olmağın yeganə yoludur ", deyə Salome Zurabişvili nitqini yekunlaşdırıb.
Muxalifet.az