Gürcüstan müdafiə naziri Qaribaşvili: BİZ FƏXR EDİRİK Kİ, NATO ilə...

Baxış sayı:
7606

Biz çox əhəmiyyətli olan NATO-Gürcüstan paketini uğurla həyata keçirdiyimiz üçün qürur duyuruq və son 5 ildə ciddi irəliləyişlər əldə olunub", deyə Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Batumidə keçirilən Müdafiə və Təhlükəsizlik konfransında bildirib. Muxalifet.az bu barədə saqinform.ge-saytına istinadla xəbər verir. Garibaşvili qeyd edib ki, Gürcüstan AB və NATO missiyaları kontekstində qlobal sülhün və təhlükəsizliyin gücləndirilməsi səylərinə sadiqdir. “Biz nail olduğumuz irəliləyişlər və qazandığımız dərslər barədə düşünərək, NATO ilə birlikdə daha dinamik və məqsədyönlü yanaşmalara əsaslanan, gələcəyə hesablanmış tədbirlər paketi hazırlamaq üçün işləyirik. NATO-nun yaxın partnyorlarından biri kimi, Gürcüstan AB və NATO missiyaları çərçivəsində - Mərkəzi Afrika Respublikasında, Mali və Əfqanıstanda aparılan əməliyyatlarda qlobal sülhün və sabitliyin artması üçün səylərini genişləndirmək niyyətindədir. Gürcüstanın dəyərlərini və maraqlarını bölüşdüyü çox sayda müttəfiqlər şəbəkəsi var, müdafiə gücümüzün artmasında onların dəstəyinə güvənirik, azadlıq və demokratiya dəyərlərini möhkəmləndirmək üçün onlarla birlikdə beynəlxalq missiyalarda iştirak edirik ", deyib. Muxalifet.az