"Gediş haqlarının artırılmasını istəməyənlər ermənilərin qulbeçələridir" - YAP-dan SENSASİON AÇIQLAMA

Baxış sayı:
16645

YAP-ın gənclər təşkilatı Azərbaycanda ictimai nəqliyyatda gedişhaqlarının 50 faiz artırılmasına dair Tarif Şurasının qərarına dəstək verib. Bu barədə YAP-ın Gənclər Birliyinin Facebook səhifəsində bildirilir.

“Gediş haqlarının artırılması hər sərnişinin cəmi 2-4 manat əlavə xərcə düşməsinə gətirib çıxaracaq. Lakin əvəzində avtobus parkı və metropoliten parkı yenilənəcək, xidmətin keyfiyyəti daha da yüksələcək. Ən əsası gün ərzində yüz minlərlə sərnişini mənzil başına çatdıran sürücülərin əmək haqları 50 faiz artırılacaq. Bu dəyişikliyi insanlarımız çoxdan istəyirdi”-YAP gəncləri bildirir.

Və belə əlavə edir: “Azərbaycan üçün inkişafı və keyfiyyət yüksəkliyini ancaq ermənilər və onların qulbeçələri istəmirlər”.