​Fətəli Abdullayev və Sərdar Əliyev Qarabağ qazisinin mənzilini ələ keçirib - FOTO

Baxış sayı:
13808

AMEA işlər idarəsinin keçmiş müdiri Fətəli Abdullayevin və onun müavini Sərdar Əliyevin AMEA üzrə yeganə  (1-ci dərəcəli) Qarabağ qazisinə qarşı qanunsuzluqlarının rüşvət və korrupsiyadan qaynaqlanması şübhə doğurmur. Təsəvvür edin, işlər idarəsi Qarabağda döyüşlərdə iştirak edən elmi işçinin 2 körpə uşaqlı ailəsini AMEA-nın Şərifzadə küçəsindəki yataqxanasından çıxarıb, yataqxananı Akademiyaya aid olmayan şəxslərə satıblar.
özügedən yataqxananın yerində tikilən evdən isə Qarabağ qazisi ailəsinə mənzil verilməsini özlərinin mənzil təminatından sonraya saxlayan  işlər idarəsinin müdir müavini Sərdar Əliyev ilk gündən Vətənin müdafiəsinə qalxan qazinin “müharibədə olmadığı”nı direktorun otağında şərləməklə aşağılamaqdan belə çəkinməyib. Hüquq mühafizə orqanları,  ədliyyə-məhkəmə sistemi Qarabağ qazisinin şikayətinə hüquq qiyməti verməkdən imtina etdiyindən, qazi elmi işçi AMEA prezidentinin qəbuluna yazılıb və bəlli olub ki, işlər idarəsi bu hüquqa da qadağa qoyub. Çoxsaylı şikayətlərdən , AMEA qarşısında etiraz aksiyasından sonra özünü öldürmə həddinə çatdırılan Qarabağ qazisi 2015-ci ildə AMEA prezidentinin sədrliyi ilə keçirilən Rəyasət Heyətinin iclasında qəbul edilib və iki ilə mənzillə təmin olunacağına söz verilib. Lakin yenə də işlər idarəsi qaziyə prezidentin verdiyi sözü yadına salmağa imkan verməyib. Bu “imkansızlıqdan” Şərifzadə küçəsində tikilən evdən nəinki özlərinə, sürücülərinə də bir neçə yüz kvadrat metrlik mənzil götürmək amacı ilə yararlanan işlər idarəsinə qarşı məhkəmə iddiasına  da qeyri-prosessual ilişgi sonucunda qadağa qoyulub.
İşlər müdirinin və onun müavini Sərdar Əliyevin 1-ci dərəcəli Qarabağ qazisinə qərəzi, nifrəti o həddə çatıb ki, Xızı rayonunda AMEA -ya ayrılan torpaq sahəsinin  kənd təsərrüfatı məqsədi ilə istifadəsinə verilməsinə ərizə versə də, baxılmayıb. Yəni, bu sahəni də işlər idarəsi icarəçilərə rüşvətlə ayırıb. Qarabağ kökənli bu rüşvət dəllallarının 1-ci dərəcəli Qarabağ qazisinə qərəzinin kökündə nə dayana bilər? Qazinin rüşvətə əyilməməsi və qanuni növbədənkənar mənzil hüququnu rüşvətdənkənar tələb etməsi! Fətəli Abdullayevin və Sərdar Əliyevin rüşvətə “sevgi-məhəbbəti” ucundan Qarabağ qazisi döyüşlərdə olarkən məhrum edildiyi yaşayış sahəsinə hələ də  yiyələnə bilməyib.

Məğrur BƏDƏLSOY
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.