​Fransa Luvru yarım milyarda satıb - FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Abu-Dabi Luvr muzeyinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Mərakeş və Bəhreyn kralları, Fransa və Əfqanıstan prezidentləri ilə yanaşı, Omandan və Səudiyyə Ərəbistanından yüksək vəzifəli şəxslər iştirak ediblər.
BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Raşid bin Məhəmməd Əl Məktum Abu-Dabi Luvr muzeyinin açılmasının ərəb dünyasında bir ilk olduğunu qeyd edib. O, muzeydə eramızdan əvvəlki dövrlərdən müasir tariximizin müxtəlif mərhələlərinə aid eksponatların nümayiş olunduğunu bildirib.
Qeyd edək ki, Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək.