​Əfqanıstanda ard-arda 2 PARTLAYIŞ: 7 ölü, 20 yaralı

Baxış sayı:
5770

Əfqanıstanda bazar ertəsi səhər saatlarında iki partlayış qeydə alınıb.
Muxalifət.az xəbər verir ki, güclü partlayışlardan biri paytaxt Kabildə baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Daha 20 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Ölənlərin sayı ölkənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.
Polis faktla bağlı araşdırma aparır.
Xatırladaq ki, ilkin məlumatlara görə, partlayış motosiklet idarə edən terrorçu tərəfindən törədilib. Hədəf isə ölkənin Milli Təhlükəsizlik Direktorluğunun rəsmi nümayəndələri olub.
Digər partlayış isə ölkənin Nanqahar vilayətində baş verib. Partlayışda ölənlərdən birinin polis olduğu bildirilib.