​Fələstinlilərin həyatı təhlükədə - TRAMPIN QƏRARI...

Baxış sayı:
3836

ABŞ-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım Qurumuna ayrılan yardımları dayandırması fələstinli qaçqınlara qarşı yeni müharibə elan etmək deməkdir.
Muxalifət.az xəbər verir ki, bu sözləri Qəzzadakı Mühasirə ilə Mübarizə Xalq Komitəsinin sədri Camal əl-Hudari deyib.
Hudari ABŞ-ın yardımları dayandıracağı halda fələstinli qaçqınların 57 faizinin həyatının təhlükə altında qalacağını bildirib.
Qeyd edək ki, ABŞ Fələstinin danışıqlar masasına qayıtmayacağı halda yardımların kəsiləcəyini açıqlamışdı.