​Etimad İsmayılovun qatili azadlıqda!

Baxış sayı:
353

2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov azadlığa çıxıb.
Bu barədə "Gununsesi.info” Dəmirova yaxın mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, Gözəl Dəmirovun azadlığa çıxmasına səbəb olaraq onun onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilib. Amma bəlli olub ki, Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib. Sayt özəl mənbələrə istinadla idda edir ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. Belə ki, o, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycanda olur. Dəmirovun hər iki ölkədə biznes fəaliyyətini aktiv şəkildə davam etdirdiyi deyilir.
“Etimad İsmayılovun iyrənc hücumda həlak olması onun ailəsində dərin yaralar açıb. Müvəkkilimin ailəsi adından bu faciəvi hadisənin səbəbkarı Gözəl Dəmirov barəsində başlanmış məhkəmə prosesini diqqətlə izləyirik”.
Bunu isə Etimad İsmayılovun ailə vəkilləri Rövşən Zərbəliyev və Mehmet Okan, qətli törədən Gözəl Dəmirovun azadlığa çıxması barədə xəbəri şərh edərkən deyiblər.
Vəkillərin açıqlamasında daha sonra bildirilir:
“Ədalətin bərqərar olması üçün bütün lazımi hüquqi addımlar atılıb. Şikayətlərimiz aidiyyatı orqanlara çatdırılıb və proses boyu bütün hüquqi addımlar atılılıb, üstəlik, bu, davam etdirilir. Mərhumun həyat yoldaşı, qardaşı və vəkilləri olaraq bu işi sona qədər davam etdirəcəyik. İnanırıq ki, ədalət gec-tez zəfər çalacaq və günahkar qanun çərçivəsində layiq olduğu cəzanı alacaq. “Haqq nazilər, amma heç vaxt üzülməz”.
Qeyd edək ki, sabiq baş prokuror, mərhum İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılov 19 sentyabr 2018-ci ildə Türkiyədə qətlə yetirilib. Onun qatili Gözəl Dəmirov polis polkovnikdir və vaxtı ilə DİN-də yüksək vəzifələrdə çalışıb. O, 18 il azadlıqdan məhrum edilmişdi.