ERMƏNİSTANIN XÜSUSİ TƏYİNATLI HƏRBİ HİSSƏSİ DARMADAĞIN EDİLDİ! - Şəxsi heyətin 70 faizi öldürüldü!

Baxış sayı:
1298

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində darmadağın edilib.

Hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla, 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.

Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

Qeyd edək ki, bu xüsusi təyinatlı hərbi hissənin komandiri ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, bir neçə gün əvvəl gedən döyüşlər zamanı məhv edilib./report