Ermənistanın Qarabağa PKK-çıları daşıması Rusiyada təhdid kimi qarşılandı - "YEREVAN TƏHLÜKƏLİ REGİONAL PROSESLƏR BAŞLADIR...”

Baxış sayı:
598

Əgər əvvəllər Ermənistanın Yaxın Şərq istiqamətindəki fəaliyyəti sporadik xarakter daşıyırdısa indi Yerevan hökumətyönümlü ekspertlər səviyyəsində “ölkənin Yaxın Şərqə qayıtması” haqda danışır. Bu ambisioz plana uyğun olaraq Ermənistan XİN-in rəhbəri bu günlərdə Misirə baş çəkib. Bəs Yerevanın Yaxın Şərqdə fəallaşması Rusiya üçün hansı risklər yaradır?

Bu suala gazeta.ru portalı öz şərhində aydınlıq gətirməyə çalışıb.

Müəllif Nikolay Korsakov qeyd edir ki, hələ bu yaxınlara qədərə Yerevanın Yaxın Şərq istiqamətində fəallığı hakim elitanın maddi maraqları ilə bağlı idi. Buna parlaq nümunə Nikol Paşinyana yaxın olan silah alverçisi David Qalstyanın əli ilə büdcə vəsaitlərinə İordaniyadan köhnəlmiş silahların alınmasıdır. Yaxın Şərqdə qeyri-leqal silah alverinə adı qarışan Qalstyan haqda bu yaxınlarda Rusiya və Ermənistan KİV-ləri yazıb. İndi isə Ermənistan hakimiyyətinə yaxın çevrələr “ölkənin Yaxın Şərqə qayıtması” haqda danışır. Üstəlik belə görünür ki, Ermənistanın bu istiqamətdə xarici siyasət fəallığı Türkiyə amili ilə birbaşa bağlıdır.

Müəllif bildirir ki, bu məqamda Misirin cairo.24.com saytında Ermənistanın PKK yaraqlılarını Qarabağa daşımağa başlaması barədə məqalə maraqlıdır. Hansı ki, 25 nəfərdən ibarət PKK hərbi təlimatçıları qrupu artıq Ermənistana, oradan Qarabağa gəlib. Yeni mövqelər tutmaq üçün “zərbə qrupu” rolunu oynayacaq 250 nəfərlik qrup isə Ermənistana keçmək üçün İranda gözləməkdədir.

“Bu cür fəallığı başlatmaqla Ermənistan açıq-aşkar “öz liqasında” oynamır, nəticələri ağlasığmaz olan təhlükəli regional proseslər başlatmaqla risk edir”,-müəllif bildirir.

Məqalədə qeyd edilir ki, Ermənistan Azərbaycanla danışıqlar prosesini o cümlədən daxili siyasi maraqlarına görə pozaraq və yeni hərbi əməliyyatlar riski ilə üzləşərək indi Suriya və İraqdan terrorçu qruplaşmaların yaraqlılarını istifadə etmək, nəticədə mümkün döyüş əməliyyatlarda erməni ordusunun şəxsi heyət itkilərini azaltmaq istəyir.

 

“Bu iş Ermənistan Müdafiə Nazirliyi səviyyəsində aparılır, nazirlik bu günlərdə ölkədə “xalq özünümüdafiə dəstələrinin” yaradıldığını elan edib. Hansı ki, Yer kürəsinin ən müxtəlif guşələrində baş verən toqquşmaların təcrübəsi göstərir ki, xalq özünümüdafiə dəstələri xaricdən muzdluların cəlb edilməsi və döyüş əməliyyatlarında istifadə olunması üçün əla pərdələyci vasitədir”,-müəllif yazır.

Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyətin diqqətini öz fəaliyyətindən yayındırmaq üçün Ermənistan nazirlər və Qarabağ erməniləri səviyyəsində Azərbaycana hansısa terrorçuların, hətta İŞİD-çilərin gətirildiyi barədə məlumatları publik məkanda dövriyyəyə buraxmağa çalışır. Hansı ki, bu kifayət qədər zəif hazırlanmış “feykdir” və 2016-cı ilin aprel müharibəsində də sınaqdan keçirilmişdi.

“Aydındır ki, PKK qüvvələrini regiona atan Yerevan Dağlıq Qarabağ ətrafındakı münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Rusiyanın “burunun ucuna”, Cənubi Qafqaza Yaxın Şərqdən hərbiləşdirilmiş qruplaşmaların muzdlularını cəlb etmək, Rusiyaya yaxın regionda xarici qüvvələr tərəfindən idarə edilən elementlərin də iştirakı ilə artan militarizasiya açıq-aşkar Kremlin maraqlarına uyğun deyil”, -müəllif qeyd edir.

Gazeta.ru vurğulayır ki, Rusiya terrorçularla uzaq cəbhədə mübarizə aparmaq, onların sərhədlərinə yaxınlaşmasına imkan verməmək üçün öz qüvvələrini Suriyaya göndərib. Yerevan isə bunun tam əksi olaraq Yaxın Şərqdən terrorçu elementləri Rusiyanın sərhədləri yaxınlığına idxal edir. Bu məqamda müəllif xatırladır ki, Paşinyan açıq-aşkar terrorçu meylli “Sasna Tsrer” qruplaşmasını legitimləşdirib, indi bu adda partiya fəaliyyət göstərir və hakimiyyətin yüksək eşalonlarına birbaşa çıxışı var.

“Bunu bilmək üçün heç region üzrə mütəxəssis olmağa ehtiyac yoxdur ki, PKK-nı regiona cəlb etməklə Yerevan Ankaranı Cənubi Qafqazda öz maraqlarını daha dəqiq müəyyənləşdirməyə məcbur edir. Türkiyənin Cənubi Qafqazdakı sərhədləri yaxınlığında PKK qüvvələrinin fəallaşmasını Ankara görməməzliyə vura bilməz”,-məqalədə vurğulanır.

Sayt yazır ki, paralel olaraq Ermənistan iyul toqquşmaları kontekstində ən yüksək səviyyədə Rusiya maraqları üçün “Türkiyə təhdidlərindən”, Ankaranın regiondakı “destruktiv rolundan” və s. danışır, Rusiyanı Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. “Lakin digər məqam gözə dəyir: Ermənistanın Yaxın Şərqə indiki “qayıtmasını” NATO üzvü Fransa kurasiya edir, hansı ki, Yerevanla diaspor xətti ilə sıx münasibətlərə malikdir. PKK və YPG ilə əməkdaşlıq, yaraqlıların Ermənistana bu cür rahat daşınması ciddi dövlətin xüsusi xidmət orqanlarının dəstəyi olmadan mümkün olmazdı. Ermənistanın qərbli partnyorlarından Yaxın Şərqdə belə imkanlara malik olanı məhz Parisdir, hansı ki, hazırda Türkiyə ilə açıq geosiyasi qarşıdurmadadır”,-məqalədə deyilir.

F.Məmmədov,
Virtualaz.org