​ERMƏNİSTANI ÇOX AĞIR İL GÖZLƏYİR - İqtisadi problemlər etirazlarla sonlanacaq

Baxış sayı:
3839

2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi və ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar etirazlar fəallaşa bilər.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib.
Eyni zamanda, Ermənistan İşəgötürənlər İttifaqının sədri Qagik Makaryan benzin və qazın bahalaşmasının bütün sahələrə təsir edəcəyini bildirib.
Qeyd edək ki, bu ilin əvvəlindən Ermənistanda benzin, qaz və dizel yanacağının qiymətləri 10 faizədək artıb. Bundan başqa, ölkədə 800-dən çox məhsulun qiymətinin bahalaşması gözlənilir.