​Dünyanın ən zəngin insanı səhmlərini satdı

"Amazon" internet mağazasının təsisçisi və baş direktoru Ceff Bezosarxada qoyduğumuz həftə ərzində rəhbərlik etdiyi şirkətin 1,1 mlrd. dollar dəyərində 1 mln. ədəd səhmlərini satıb.
Muxalifet.Az  apa economics-ə istinadən xəbər verir ki, milyarder son 6 il ərzində mütəmadi olaraq şirkətin səhmlərini satır. Sonuncu əqd cari ilin may ayında bağlanıb. Həmin vaxt C.Bezos səhm satışından 940,7 mln. dollar əldə edə bilib.
Hazırda "Amazon"un 80 mln. ədəd (16,4%) səhmi  C.Bezosa məxsusdur. Buna baxmayaraq, milyarder hələ də şirkətin ən iri səhmdarıdır.
C.Bezos dünyanın ən zəngin insanıdır. Onun sərvəti 93,1 mlrd. dollar məbləğində dəyərləndirilir.