​Dünya liderləri onun qarşısında baş əyirdi - Kılıçdaroğlu

Mustafa Kamal Atatürk və silahdaşları olmasaydı Türkiyədə hər gün 5 dəfə azan oxunmazdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu toplantı zamanı çıxışında deyib.
“Qazi Mustafa Kamal və silahdaşları bizim baş tacımızdır. Çünki o müharibəni qaydalara uyğun olaraq apardı. Digər bir ölkənin bayrağının asılmasına əsla icazə vermədi. Bu ölkənin insanlarının şərəfini qorudu. Qazi Mustafa Kamal Atatürk sadəcə bizim deyil, bütün dünyanın ali dəyəridir. Dünya liderləri onun qarşında hörmətlə təzim edirlər”, - CHP lideri bildirib.