DİN-dən əməliyyat: Marixuana və avtomat...

Baxış sayı:
6490

Respublikanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu istiqamətdə aprelin 2-də keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində 7 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.
Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərovdan çəkisi 5 kiloqram 150 qram marixuana götürülüb.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həmid Axundovdan 70 qram marixuana və bir bıçaq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 745 qram marixuana, nömrəsi silinmiş “AK-74” silahı, bir patron darağı və 30 patron aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.