Deputat olmaq istəyənlərin namizədliyi hansı hallarda ləğv oluna bilər?

Baxış sayı:
2674

Bu ilin 9 fevral tarixində baş tutacaq növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürənlər sabahdan etibarən seçkiqabağı təşviqata başlayacaqlar.
Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilib.
Məlumat üçün bildirək ki, namizədlər rəsmən qeydə alınmalarına baxmayaraq namizədliyi ləğv oluna bilər.
Milli Məclisə seçkilər haqqında qanunun tələblərinə görə namizəd dairə seçki komissiyasında qeydə alınanadək, siyasi partiyalar, siyasi partiyalar blokları, onların irəli sürdüyü vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyasında qeydə alınanadək, bu Qanunun 50-ci maddəsinin 1-ci bəndində göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə;
-  mülkiyyət formasından asılı olmayaraq təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsi, imzaların toplanması prosesində seçicilərin məcbur edilməsi faktlarının aşkara çıxarılması, imza qoymaq müqabilində seçicilərin mükafatlandırılması;
- birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Qanunla namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən 0.05 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;
- siyasi partiya, siyasi partiyaların bloku öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Qanunla siyasi partiyalar, siyasi partiyaların blokları üçün müəyyənləşdirilmiş seçki fondlarının məsrəflərinin həddindən 0.05 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;
- birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizəd bu Qanunla müəyyənləşdirilmiş seçki fondu məsrəflərinin yuxarı həddini 0,05 faizdən çox aşdıqda;
-  siyasi partiya, siyasi partiyaların bloku bu Qanunla müəyyənləşdirilmiş seçki fondu məsrəflərinin yuxarı həddini 0.05 faizdən çox aşdıqda;
- namizəd, siyasi partiya, siyasi partiyaların bloku, habelə siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyalar, siyasi partiyalar, siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi müvafiq təşkilatın mülkiyyətçisi, təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olduqda, fiziki və ya hüquqi şəxslərə maddi və maliyyə yardımı, yaxud seçicilərə xidmət göstərdikdə, fiziki və hüquqi şəxslərə belə yardım göstərilməsində kömək etdikdə və yaxud göstərilən şəxslər onların adından xidmətlər göstərdikdə;
- namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku ilkin maliyyə hesabatını təqdim etmədikdə;
- namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidmət mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə;
Bundan başqa namizədin, vahid namizədlər siyahısının qeydiyyatı seçki komissiyası və ya məhkəmə tərəfindən səsvermə gününə bir gün qalmış aşağıdakı hallarda ləğv edilə bilər:
- bu maddənin 2-ci bəndində göstərilən hallar namizədin, vahid namizədlər siyahısının qeydə alınmasından sonra aşkara çıxarıldıqda;
- qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin vəkil edilmiş şəxsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya vəkil edilmiş şəxsi, hərbi hissələrin yerləşdiyi ərazidə, hərbi təşkilatlarda və ya hərbi idarələrdə təşviqat apardıqda;
- qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, onların vəkil edilmiş şəxsləri tərəfindən bu Qanunun 56-cı maddəsinin tələbləri pozulmaqla seçkiqabağı çap, audiovizual seçki materiallarının buraxılması və ya yayılması;
-  qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxsi seçki kampaniyasının gedişində rəhbər orqanlarında bu şəxslərin iştirak etdiyi təşkilat (təşkilatın üzvləri) xeyriyyə fəaliyyəti ilə məşğuldursa, fiziki və yaxud hüquqi şəxslərə maddi və ya maliyyə yardımı göstərilməsi haqqında digər təşkilatlara təklif veribsə, fiziki və hüquqi şəxslərə belə yardımın və ya xidmətlərin göstərilməsinə razılıq veribsə;
-  qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidməti mövqeyindən seçki kampaniyası zamanı istifadə etdikdə;
-  qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku müəyyənləşdirilmiş vaxtda maliyyə hesabatı təqdim etmədikdə;
-  dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmadıqda;
-  seçicilərin ələ alınması faktı aşkar edildikdə, yəni qeydə alınmış namizədlər, vahid namizədlər siyahısı qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku, habelə bloka daxil olan siyasi partiyalar, onların səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyaların blokunun vəkil edilmiş şəxsi və ya onların xihişi ilə digər şəxslər bu Qanunun 57-ci maddəsinin 2-ci bəndi ilə qadağan edilmiş hərəkətlər etdikdə;
-  birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün namizədin, qeydə alınmış namizədin seçki fondu məsrəflərinin bu Qanunla müəyyənləşdirilmiş yuxarı həddindən 0,05 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;
-  vahid namizədlər siyahısı qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Qanunla müəyyənləşdirilmiş seçki fondu məsrəflərinin yuxarı həddindən 0,05 faizindən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;
-  birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd qeydə alınmış namizədin bu Qanunla müəyyənləşdirilmiş seçki fondu məsrəflərini 0.05 faiz aşdıqda;
-  vahid namizədlər siyahısı qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku seçki fondu bu Qanunla müəyyənləşdirilmiş məsrəflərini 0,05 faiz aşdıqda;
-  qeydə alınmış namizəd, vahid namizədlər siyahısı qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku onların fonduna daxil olan qanunsuz ianələrdən istifadə etdikdə.
- Bu Qanunun 48-ci maddəsinin 11-ci bəndində nəzərdə tutulmuş qaydalar pozulduqda Mərkəzi Seçki Komissiyası vahid namizədlər siyahısının qeydiyyatını ləğv edə bilər.
-  Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku kütləvi informasiya vasitələrindən sui-istifadə etdiyi hallarda seçki komissiyası namizədin, vahid namizədlər siyahısının qeydiyyatını ləğv edə və ya bu barədə məhkəməyə müraciət edə bilər. Bu halda məhkəməyə icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər də müraciət edə bilərlər. Məhkəmə kütləvi informasiya vasitələrindən sui-istifadə faktını müəyyənləşdirərsə, namizədin, vahid namizədlər siyahısının qeydiyyatını ləğv edir.