Danimarkada terrora hazırlaşan 20 nəfər tutuldu

Baxış sayı:
313

Danimarka polisi irimiqyaslı antiterror əməliyyatı zamanı ölkədə terrora hazırlaşan 20 nəfəri saxlayıb.

Muxalifet.az xəbər verir ki, hüquq-mühafizə orqanları ölkə üzrə onlarla məkanda axtarış aparıb. Əməliyyatda müxtəlif şəhərlərdən bir neçə polis şöbəsi iştirak edib.

Saxlanılanlardan artıq bir neçəsinə qarşı ittiham irəli sürülüb və onlar tezliklə hakim məhkəmə çıxarılacaqlar. Saxlanılanlar terror aktı törətmək üçün odlu silah və partlayıcı vasitələr əldə etməyə cəhddə şübhəli bilinirlər.

Kopenhagen polisi tutulanların İŞİD üzvü ola biləcəyini istisna etmir.//“Qafqazinfo”