Daha bir məşhur kilsədə YANĞIN TƏŞVİŞİ: bu dəfə ABŞ-da

Baxış sayı:
31753

Daha bir məşhur kilsə yanğın təhlükəsi ilə üz-üzə qalıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, naməlum şəxs əlində yanacaq qutuları ilə ABŞ-ın Nyu-York şəhərində yerləşən St. Patriks kilsəsinə gəlib.
O, əlindəki yanacağı kilsənin divarlarına doğru tökməyə başlayıb. Olaya dərhal müdaxilə edən Nyu-York polisi şübhəlini həbs edib. Polis şübhəlinin Nyu-Cersidə qeydiyyatda olan 37 yaşlı kişi olduğunu açıqlayıb.
Hadisənin Fransanın məşhur Paris Notr Dam kilsəsinin yanaraq kül olmasından sonra baş verməsi diqqət çəkib.