Cümə günü Ali Məhkəmə Trampla bağlı qərar verəcək - SEÇKİYƏ QATILMAQDAN MƏHRUM EDİLƏ BİLƏR

Baxış sayı:
1897

Ali Məhkəmə cümə günü prezident Donald Trampın vergi, bank və maliyyə məlumatlarını gizli tutması üçün müraciətini nəzərdən keçirəcək. Bu məsələ, prezidentlə Konqres arasında böyük mübahisə mövzusudur və 2020-ci il preziden seçki kampaniyasına təsir göstərə bilər.

Məhkəmə mart ayının sonunda keçiriləcək və hakimlər iyun ayında qərar verməyi plalaşdırır. Bu isə Trampın ikici dəfə prezident seçilmək üçün kampaniya apardığı vaxta təsadüf edəcək. Prezidentin əleyhinə qərar Trampın məxfi tutmağa çalışdığı şəxsi maliyyə məlumatlarının onları tələb edən qurumlara təqdim edilməsi ilə nəticələnə bilər. Məhkəmə həmçinin Manhetten rayonunun prokurorunun hazırda aparılan cinayət istintaqının bir hissəsi olaraq Trampın son səkkiz ilə aid vergi sənədlərini ələ keçirə bilib-bilməyəcəyi ilə bağlı da qərar verəcək.

Bu çağırışların hazırda Tramp üzərində aparılan impiçment araşdırması ilə əlaqəsi yoxdur. Ali Məhkəmə Senatda Trampın impiçmenti üzərində məhkəmə prosesi başa çatandan sonra qərarını verəcək.

Tramp banklar və mühasibə şirkətlərinin onlara təqdim edilən çağırışlara əməl edərək onun səndələrini Nümayəndələr Palatasının üç komitəsi və Manhetten Rayon prokuroru Sayrus Vansa təqdim etmələrinin qarşısını almaq üçün məhkəməyə müraciət edib.

O, üç ayrı məhkəmə işinin hər mərhələsində uduzub, amma onun məlumatları açıqlanmayıb, çünki son məhkəmənin qərarı hələ ki, verilməyib. İndi isə aralarında Trampın təyin etdiyi Nil Qorsaç və Bret Kavanonun da olduğu Ali Məhkəmə hakimləri prezidentin Konqresin rəsmi çağırışına əməl etməmək səlahiyyətində olub-olmaması ilə bağlı qərar verəcək.

Bundan öncə digər iki prezidentin səlahiyyətləri ilə bağlı aparılan məhkəmələrdə hakimlər prezident Riçard Niksonun Ağ Evdəki səsyazısı lentlərini xüsusi Uotergeyt prokuroruna təqdim etməsi və prezident Bill Klintona qarşı cinsi qısnama ilə bağlı məhkəmə işinin açılmasına icazə vermişdi.

Həmin məhkəmə işində Niksonun təyin etdiyi üç hakim və Klintonun təyin etdiyi iki hakim onları təyin edən prezidentlər əleyhinə qərar çıxarmışdı.

Hazırkı məhkəmə işlərinin heç birində Trampın özünsən səndə təqdim edilməsi tələb olunmur. Nümayəndələr Palatasının komitələri sənədləri Deutsche Bank və Capital One bankları, habelə Mazars USA mühasibə şirkətindən tələb edib. Prokuror Vans da Mazarsdan sənəd tələb edib.

Vans və Nümayəndələr Palatasının Demokratları onların tələblərinin heç bir hüquqi əngəlinin olmadığını bildirib, çünki onlar sənədləri Trampın özündən istəməyib.

Konqresdəki iki komitə bank sənədlərini Tramp və onun biznesləri ilə bağlı apardıqları təhqiqat çərçivəsində tələb edib. Deutsche Bank Trampın 1990-cı illərdə bir neçə dəfə iflasa uğramasından sonra ona kredit verməyə razılaşan çox az sayda banklardan biri olub.

Vans və Nümayəndələr Palatasının Nəzarət və İslahat Komitəsi Trampın keçmiş şəxsi vəkili Maykl Kohenin seçki kampaniyası zamanı iki qadına Trampla əlaqələrini açıqlamalarının qarşısını almaq üçün ödədiyi pullar səbəbilə Mazarsdan Trampın və onun biznesləri ilə bağlı sənədləri təqdim etməsini istəyib.