Çox mühüm “İstanbul seçkisi” açıqlaması

Baxış sayı:
27091

 TBMM Konstitusiya Komissiyasının keçmiş sədri və konstitusiya professoru Burhan Kuzu İstanbul seçkilərinə edilən etirazlarla bağlı mühüm bir açıqlama verib. Kuzu “İstanbul seçkisi hüquqsuzdur, YSK bütün səsləri saydırmalıydı, indi seçki yenilənməlidir, başqa çıxış yoxdur” deyib.
 
Şəxsi Twitter hesabından İstanbul seçkilərinə yönəlik münasibət bildirən professor Burhan Kuzu, "Çox dəqiq deyirəm, YSK səsləri saydırmalıydı, bu seçki hüquqsuzdur, yenilənməlidir, başqa çıxış yoxdur" deyə yazıb.
Burhan Kuzu bu ifadələri işlədib:
“Konstitusiya professoru kimi həyatım boyu həmişə obyektiv oldum, hüququ müdafiə etdim, doğruları dedim. Çox dəqiq deyirəm, İstanbul seçkisi yenidən keçirilməzsə, bu mübahisə və şübhə aradan qaldırıla bilməz. İstanbul seçkisi huqyqsuzdur, YSK bütün səsləri saydırmalıydı. İndi seçki yenilənməlidir. Başqa çıxış yoxdur".
Müxalifət.az