​Çavuşoğludan ilk açıqlama: ABŞ-la razılaşdıq

Baxış sayı:
3193

Ölkələrimiz arasında mövcud olan problemlərlə bağlı birlikdə çalışmaq barədə razılığa gəldik.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ölkələr arasında problemlər və fikir ayrılığı ola bilər. Biz Türkiyə olaraq problemləri hər zaman diplomatiya ilə həll etməyə cəhd etdik. Sanksiyalarla heç bir nəticə əldə edilməyəcəyini söyləmişik və bu gün də burada təkrar etdik. Problemlərin hamısını birdən həll etmək olmaz”, - o bildirib.