Buddist məbədində rəzalət

Baxış sayı:
3253

Tayvan “Chongfo” məbədində bir buddist rahibin homoseksual qrup seks partiyası təşkil etdiyini göstərən görüntülər ortaya çıxıb.
 
Tayvanda Buddizmin nüfuzlu nümayəndələrindən biri kimi tanınan Buddist rahib Kai Hung tərəfindən məbəddə təşkil olunan qrup seks partiyasının görüntüləri mediaya sızıb.
Görüntülərdə tez-tez “Arvadımı sevirəm, həyat yoldaşım ecazkar biridir” - deyən 29 yaşlı keşişin çox sayda adamla cinsi əlaqəyə girdiyi və narkotik maddə istifadə etdiyi görünür.
Görüntülərin məbəddə xidmət edən və Kai Hungun keçmiş erkək sevgilisi olduğu söylənən başqa bir keşiş tərəfindən mediaya sızdırıldığı bildirilir.
Məbəddə araşdırma aparan hüquq mühafizə orqanları, keşişin otağında çox sayda narkotik maddə ələ keçirib və palatasındakı müqəddəs suyu, baş gicəlləndirici maddə ilə dəyişdirdiyi ortaya çıxıb.
Keşiş Kai Hung, ortaya çıxan görüntülərin saxta olduğunu və belə bir şeyin baş vermədiyini önə sürüb.
Qalmaqalın ortaya çıxmasından sonra həbs olunan Kai Hung, 3300 dollar girovla sərbəst buraxılıb.
Müxalifət.az