Bərdədə 3 uşaq anası evdən qaçdı - FOTO

Baxış sayı:
3883

Bərdə rayonunun İmamqulubəyli kəndindən üç uşaq anası evdən qaçıb.
“Ölkə.Az”ın bölgə müxbirinin verdiyi məlumata görə, sentyabrın 25-də baş verib.
Üç uşaq anası, 1993-cü il təvəllüdlü Məmmədova Xalidə 10 aylıq uşağını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər 2 uşaq isə evdə qalıb.
Qadının həyat yoldaşı Fuad Məmmədovun verdiyi məlumata görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.
Məmmədova Xalidəni görənlərdən Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsi xahiş olunur.