BDU-nun yataqxanasında zəhərlənən qızların SON VƏZİYYƏTİ

Baxış sayı:
18799

"Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti stabil olaraq qalır". Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, zəhərlənməyə səbəb barədə məlumat Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ictimaiyyətə çatdırılacaq. Xatırladaq ki, tələbələrin yaxın günlərdə evə buraxılması gözlənilir. Qeyd edək ki, noyabr ayının 20-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız qidadan zəhərlənib və bir gün sonra həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri ölüb (Fizika fakültəsinin 4-cü kurs tələbəsi , 1999-cu il təvəllüdlü Şəkər Xasmətova). Digər 2 tələbə isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.//lent.az