"Bax, tarix belə yaradılır!" - KOROTÇENKO BAKIDAKI QƏLƏBƏ PARADINDAN YAZDI
8-12-2020 10:06
Baxış sayı:
4277

"Yerevanda Paşinyan və müxalifət bir-biri ilə münasibətlərini aydınlaşdırır, Bakıda möhtəşəm Qələbə paradı hazırlayırlar".
Bunu rusiyalı siyasi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko "Telegram" kanalında yazıb.
"Paradı dünyanın aparıcı siyasətçilərinin onluğuna daxil olan İlham Əliyev qəbul edəcək. Bax, tarix belə yaradılır!", - Korotçenko vurğulayıb.
Qeyd edək ki, dekabrın 10-da Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm hərbi parad keçiriləcək. Hazırda paradın keçiriləcəyi Azadlıq Meydanında hazırlıq işləri davam etdirilir./Virtualaz.org