“BAŞDA XANKƏNDİ OLMAQLA, HƏR YERƏ ZƏRBƏ ENDİRİLMƏLİDİR!” – “Paşinyan hərbi cinayətkardır”

Baxış sayı:
2045

Düşmən tərəfindən Bərdə şəhərinin yenidən ballistik raketlərlə atəşə tutulması nəticəsində ölənlərin sayı 21-ə, çatıb, 70-dən artıq yaralı var. Həlak olanların sayının artacağı istisna olunmur. Cəmiyyətdə isə düşmənə adekvat zərbələr vurulması çağırışları artır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, Xankəndi başda olmaqla, Qarabağın işğal olunmuş bütün əraziləri müharibə meydanıdır: “Burada heç bir kənd, qəsəbə, şəhər dinc əhalinin yaşadığı yer hesab oluna bilməz. İşğal yeri dinc əhalinin yaşadığı yer hesab oluna bilməz! Azərbaycan Ordusu bunu elan etməli və necə lazımdırsa düşmənə cavab verilməlidir. Başda Xankəndi olmaqla”.

Siyasi ekspert Azər Qasımli isə xatırladır ki, Nikol Paşinyan dünən erməni xalqına müraciətində "Azərbaycana sarsıdıcı zərbə vuracağıq" dedi: “Bir çoxları onun məhz Mingəçevir su anbarını vuracağını zənn etdilər. Lakin bir az əvvəl Bərdə şəhərinə ballistik raketlə zərbə endirildi. Yenə də dinc əhalini hədəf aldılar. Ölən və yaralananlar var... Ermənistanın hərbi-siyasi rəhbərliyi və şəxsən baş nazir Paşinyan hərbi cinayətkarlardı. Dinc əhalini hədəf almaqdan başqa əllərindən bir iş gəlmir. "Sarsıdıcı zərbə" dedikdə də məhz dinc əhalini vuracaqlarını nəzərdə tuturdu”.

A.Qasımlının sözlərinə görə, indi də olmasa, müharibədən sonra Ermənistanın indiki və daha əvvəlki hərbi-siyasi liderləri həm bu müharibədə sivillərə qarşı törədiklərinə görə, həm də Xocalı qətliamına görə mütləq cəzalandırılmalıdır və cəzalandırılacaq!/azpolitika