​Baş nazirin səfəri gərginlik yaratdı: Türk döyüş gəmiləri...

Baxış sayı:
4153

Yunanıstan Baş naziri Aleksis Çiprasın Egey dənizindəki Kilimli adasını ziyarət etməsi xəbərindən sonra Türkiyəyə məxsus 1 döyüş gəmisi, 1 hücum kateri və 3 sahil mühafizə qrupu Qardak qayalıqları ətrafında mövqe tutub. Muxalifet.az xəbər verir ki, bu barədə “Hürriyət” informasiya yayıb. Məlumata görə, Çiprasın Kilimli adasından sonra Bodrumdan 3 mil məsafədə yerləşən mübahisəli ərazi Qardak qayalıqlarını ziyarət etməsi ehtimalını nəzərə alan türk əsgəri qayalıqların ətrafında keşik çəkməyə başlayıb. Türkiyə sahil mühafizə qruplarının fəallığını müşahidə edən yunan tərəfi su sərhədlərinin pozulması ilə bağlı xəbərdarlıq edib. Türkiyə isə xəbərdarlığa “bura bizim su hövzəmizdi” cavabını verib.