"BARIŞ PINARI" ƏMƏLİYYATI DAVAM EDƏCƏK? - Hülusi Akar: “YPG razılaşmanı pozdu, bölgədən çəkilmədi”
7-11-2019 23:44
Baxış sayı:
7245
“YPG/PKK terror təşkilatı ABŞ və Rusiya ilə əldə edilən razılaşmanı pozaraq Suriyanın şimal-şərqindən çəkilmədi”.
Bu barədə Türkiyənin Müdafiə naziri Hülusi Akar CNN-ə açıqlamasında deyib. Nazir qatıldığı proqramda bunları deyib:
“Biz Suriyaya girərkən əsla istila, basqın etmirik. Sadəcə hərəkatı həyata keçriirik. ABŞ və Rusiya ilə razılıq əldə etmişdik və onlar YPG-ni həm hərəkat bölgəsindən, həm də şərq və qərbdən çıxarmağı qəbul etmişdilər. Amma təəssüf ki, YPG-li terrorçular tərəfindən edilən bir çox günah var. Bu səbəbdən biz onlara qarşı çıxırıq. Eyni zamanda ABŞ və Rusiya ilə koordinasiyalı şəkildə bölgənin terrorçulardan təmizlənməsini istəyirik. YPG/PKK terror təşkilatı ABŞ və Rusiya ilə bağlanan sazişləri pozaraq bölgədən çəkilmədi”.