"BANDOTDEL"dən KTN SAHƏSİNDƏ GENİŞ ƏMƏLİYYAT: saxlanılanlar var

Baxış sayı:
2572

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.
Məlumata görə, BMCMİ əməkdaşları Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Bildirilir ki, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Çoxlu sayda saxlanılanlar var.
DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edilib ki, bu barədə gün ərzində əlavə məlumat veriləcək.
 
***
 
Kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.
Məlumata görə, əməliyyat dövlətin kənd təsərrüfatına ayırdığı subsidiyaları mənimsəməkdə şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı xüsusi əməliyyat keçirilir.
Araşdırma nəticəsində məlum olub ki, 10-dan artıq rayonda gübrə təchizatçısı olan şirkətlər fermerlərlə əlbir olaraq subsidiyaları mənimsəyiblər. Bu, əkin sahəsinin olduğundan artıq göstərilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin yalan məlumatların daxil edilməsi hesabına olub. Subsidiyaların yalnız 25%-ni nağdlaşdırmaq mümkün olduğu üçün bəzi fermerlər bank kartların müəyyən məbləğ qarşılığında təchizatçı şirkətlərə satıblar. Onlar isə kartlardakı vəsaitləri öz hesablarına köçürərək əslində fermerlərə gübrə satmayıblar.Əməliyyatı Daxili İşlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə həyata keçirir/Report