​Bakının zəif internet dərdi: ABUNƏÇİNİ KİM ALDADIR?

Baxış sayı:
6766

Küləyin, yağışın internetin sürətinə təsir etməsi bəhanədir. Konkret olaraq, Azərbaycanda internet yüksək deyil.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son günlər internetin həddən artıq zəif olması ilə bağlı danışarkən deyib. O.Gündüz bildirib ki, provayderlər məqsədyönlü şəkildə vətəndaşları aldadır:
“İki növ internet var - kabel-kanalizasiya telefon xətti ilə gələn internet və mobil internet. Düşünmürəm ki, külək və ya yağış həm kabel, həm də mobil internetin sürətinə təsir etsin. Sadəcə Azərbaycan interneti keyfiyyətsizdir. Keyfiyyətsizliyə müxtəlif amillər təsir edir.
Məsələn, provayderlər məqsədyönlü şəkildə çəkidə aldadırlar. Yəni əsas provayderdən az alır, ancaq çox adama satırlar. Tutaq ki, 5 min müştəriyə 50 geqabayt internet verilməli olduğu halda, 50 geqabaytın pulu alıbıb, 20 geqabayt internet verilir. Burada müştəri aldadılır.
ADS ilə (telefon xəttinin üzərindən) internet alan abunəçilərdə isə internet, ümumiyyətlə, zəif olur və onun sürətini artırmaq da mümkün olmur. Abonentin xətti zəifdirsə, deməli, telefon xəttində problemlər var, xətt köhnədir, kanalizasiyadan keçir və ya qırıqlıq var. Bu zaman yaranan zəiflikdə provayderin günahı deyil. Xətt dəyişdirilməlidir. Yox əgər, xətt dəyişdirildikdən sonra da problem yaranırsa, demək, sürətdə aldadılma var”.
O.Gündüzün sözlərinə görə, ölkədə internetin keyfiyyətinin zəif olması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin infrastrukturunun problemidir:
“İntrnetin keyfiyyətsizliyi provayderlərdən və nazirliyin infrastrukturundan qaynaqlanır. Çünki sürətli internet üçün nazirlik fiberoptik infrastruktur yaratmalıdır”.